Bakı Dövlət Universiteti. “Şöhrət” ordenli Mobili

05.09.2014 Выкл. Автор udi.az
Bakı Dövlət Universiteti. “Şöhrət” ordenli Mobili

P1020696Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Robert Baqratoviç Mobilinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mobili Robert Baqratoviç 1954-ci ilin  avqust ayının 20-də Qəbələ rayonunun Nic kəndində anadan olub.  1961-ci ildə Nic kənd 2-saylı orta məktəbin I-ci sinfinə  gedib və 1971-ci ildə həmin orta məktəbi müvəffəəqiyyətlə bitirib. 1972-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin geologiya fakultəsinin  «Faydalı qazıntı yataqlarının geologiyası və kəşviyyatı»)  ixtisası üzrə qiyabı şöbəsinə qəbul olub və 1980-cı ildə mühəndis-geolog ixtisası üzrə ali təhsil alıb.

1972-1989-cı illərdə Mərkəzi elmi-tədqiqat geoloji-kəşfiyyat institutunun (METDGKİ, Moskva ş.)  Cənub filialında (Bakı ş.) fəhlə, laborant, baş laborant, mühəndis, çöl geoloji dəstəsinin müdiri vəzifələrində işləyib.

1989-cu ilin may ayından  Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin «Kristalloqrafiya, mineralogiya və geokimya» kafedrasının nəznində olan «Qızıl səpinti yataqlarının proqnozu, axtarışı və qiymətləndirilməsi» elmi-tədqiqat laboratoriasında elmi işçi və 2011-si ildən böyük elmi işçi vəzifəsində işləyir. İki  monoqrafiya, 60-dan çox elmi əsərlərin, bir neçə kitabçaların o cümlədən udicə-azərbaycanca-rusça  lüğətin  müəllifidir. Ölkə daxilində və xaricdə (London, Brüssel, Oslo, Nayrobi, Dallas, Varşava,  Moskva, Sankt-Peterburq, Tiflis, Kiev, Krım, Minsk) keçirilən beynalxalq konqresslərdə, konfraslarda, forumlarda məruzə ilə çıxış edib.

2003-cü ildə Dini Qurumlarla İş Üzrə  Dövlət Komitəsində qeydiyyatdan (2009-cu ildə yenidən)  keçmiş Alban-udi xristian içmaçının sədr vəzifəsinə seçilib və hal-hazırda həmin vəsifəni icra edir. Azərbaycanda Alban kilsələrinin (Kiş-2003, Nic-2006) bərpasında yaxından iştirak edib. Müstəqil Alban apostol kilsəsinin status-kvonu Azərbaycanda alban-udi icmasının əsasında hüquqi bazasın almaq üçün aktiv iştirak edir.

Mətbuat və informasiya şöbəsi, 04 sentyabr 2014-cü il.

http://bsu.edu.az/az/news/hrt_ordenli_mobili