“Alban tarixi gənclərin gözü ilə” adlı sərgi təşkil edib

“Alban tarixi gənclərin gözü ilə” adlı sərgi təşkil edib

301853_424663964269544_1493154797_n

    “Bakı Gənclər  Klubu” İcimai Birliyi  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi  “Tariximizi öyrənək, irsimizi qoruyaq!” adlı layihəsi çərçivəsində “Alban tarixi gənclərin gözü ilə” adlı sərgi təşkil edib. Layihənin həyata keçirilməsində məqsəd gənc nəsli Azərbaycan tarixi ilə  daha yaxından tanış etmək və tarixi abidələrimizin qorunmasına diqqəti artırmaqdan ibarətdir.

16791_424665634269377_267769056_n

   Layihə çərçivəsində, bir qrup gənc Azərbaycan Respublikasının şimal-qərb regionunda təşkil olunmuş yay düşərgəsində bölgədə yerləşən Qafqaz Albaniyasının abidələri, həmçinin, onun  tarixi və mədəniyyəti ilə yaxından tanış olmuşlar. Layihənin gedişində iştirakçılar tərəfindən, həmin bölgədə yerləşən Alban tarixi abidələri haqqında qısa məlumatların əks olunduğu kitabça da hazırlanmışdır.

13684_424665137602760_80145156_n

    Tədbirdə, Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai-Siyasi məsələlər üzrə şöbəsinin məsul nümayəndəsi Vüsal Quliyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə və Qəbələ rayon Nic kəndinin “Alban-Udi Xristian icması”nın rəhbəri Robert Mobili çıxış etmişlər.

23387_424665474269393_356237882_n 734516_424664910936116_357696611_n 400145_424664277602846_778228752_n