Alban-udi xristian icması Qəbələ rayonunun Nic qəsəbəsində yaşıyan dini icmanın aztəminatlı ailələrə ərzaq yardımı göstərilir. 29 aprel 2020-ci il.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq Alban-udi xristian icması tərəfindən aztəminatlı ailələr, ahıl və tənha yaşayan vətəndaşlar daim diqqət mərkəzində saxlanılır. Onların problemləri dinlənilir və zəruri ərzaq məhsullarından ibarət yardımlar paylanılır. Həmin vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi onların diqqətinə çatdırılır. İcmanın işçiləri həmin gün 65 aztəminatlı ailəyə və tənha yaşayan sakinə ərzaq yardımları təqdim edib. Sakinlər (dini icmanın üzvləri) onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər. Qəbələ rayonu Nic q., 29.04.2020. Müqəddəs Yelisey adına Alban-Udi Kilsəsi




Copyright © | 2020 Албано-Удинская Христианская Община Азербайджана