Xristian dini icma rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz ediblər

Azərbaycanda fəaliyyət göstərən xristian dini icmalarının rəhbərləri ABŞ Konqresinin üzvü Ceki Speyer (Jackie Speier) tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1 oktyabr 2020-ci ildə ABŞ Konqresinə təqdim olunmuş reallıqdan uzaq və yanlış səciyyəli 1165 saylı qətnamə layihəsinə qəti etiraz edərək, bununla bağlı ABŞ-ın ona yaxın dövlət və qeyri-dövlət qurumlarına (ABŞ Dövlət katibinə, ABŞ Senatının prezidentinə, ABŞ Dövlət Departamentinin Xüsusi Tapşırıqlar – Beynəlxalq Dini Azadlıq üzrə səfirinə, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, Nümayəndələr Palatasının Demokratlar üzrə rəhbərinə, Palatanın Respublikaçılar üzrə rəhbərinə, Nümayəndələr Palatasının üzvlərinə, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasına və “Xristianların müdafiəsi” təşkilatına — “In Defense of Christians” ) etiraz müraciəti ünvanlayıblar.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Müraciətdə konfessiya rəhbərləri xristian dini mənsublarının ölkəmizdə əsrlərdən bəri öz dini ibadət və tələbatlarını heç bir maneə olmadan həyata keçirdiyini, öz mənəvi dəyər və mədəni ənənələrini yüksək səviyyədə maneəsiz yaşadıqlarını, icmaların və ibadət evlərinin Azərbaycan dövləti tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunduğunu ifadə ediblər.

Müraciətdə əsas diqqət Ermənistanın Azərbaycana qarşı təcavüzünə yönəldilərək, erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal etdiyi, bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlının — xristian və digər dinlərin nümayəndələri də daxil olmaqla —  qaçqın və məcburi köçkün taleyi yaşadığı nəzərə çatdırılıb. Qeyd edilib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasının tələb edilməsinə baxmayaraq, Ermənistan 30 ilə yaxındır ki, buna əməl etmir, danışıqları məqsədyönlü şəkildə pozur, dövlətimiz isə sülhpərvər siyasət aparır, danışıqlarda konstruktiv mövqe nümayiş etdirir.

İcma rəhbərləri ermənilərin sentyabrın 27-də başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələrinin – Gəncə, Mingəçevir, Naftalan, Xızı, Abşeron, Goranboy, Daşkəsən, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Füzuli və Beyləqan kimi şəhər və rayonların, eləcə də tarixi-dini abidələrin mütəmadi ağır artilleriya və raket atəşlərinə məruz qaldığına diqqət çəkiblər. Oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə atılmış ballistik raket zərbəsi nəticəsində dördü qadın olmaqla 10 nəfər mülki şəxsin həlak olduğunu, 30-dan çoxunun yaralandığını, onlarla mülki obyekt və yaşayış binasının dağıldığını qeyd ediblər. İşğalçı Ermənistanın bu hərəkətlərini beynəlxalq hüquq normalarına və humanitar prinsiplərə, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarına əməl etməməsinin, regionda sülh və sabitliyə ciddi təhdid olaraq qalmasının bariz nümunəsi kimi qiymətləndiriblər.

Eyni zamanda işğal altında olan ərazilərdə digər dini məbədlərlə yanaşı, xristian abidələrinin də dağıdıldığı və ya erməniləşdirildiyi halda, Azərbaycanda 30 mindən çox erməni millətinin nümayəndəsinin sərbəst yaşadığını, paytaxt Bakının mərkəzində erməni kilsəsinin dövlət tərəfindən qorunduğunu diqqətə çatdırıblar.

Müraciətin sonunda icma rəhbərləri 1165 saylı qətnamə layihəsinin qəbul edilməyəcəyinə inam ifadə edərək, onunla bağlı rədd qərarının dünyada sülhün və ədalətin bərqərar olması işinə böyük töhfə verəcəyini vurğulayıblar.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri — Arxiyepiskop Aleksandr İşein;

Alban-Udi Xristian dini icmasının sədri — Robert Mobili;

Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri — Rasim Xəlilov;

“Yeni Həyat” Xristian dini icmasının sədri — Lyudmila İbrahimova;

Xristian Yevangelik Lüteranların Bakı dini icmasının sədri — Vera Nesterova;

Bakı şəhəri “Alov” xristian dini icmasının sədri — İdris Məmmədov;

Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icmasının sədri — Roman Jmurov;

Bakı şəhəri Nəsimi rayonu “Həyatverici Lütf” xristian dini icmasının sədri — Elşən Hüseynzadə;

Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının sədri — Samir Sadıqov;

“Vineyard Azərbaycan” xristian dini icmasının sədri — Emil Pənahov;

Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icmasının sədri — Elşən Cabbarov;

“Bakı şəhəri Yeni Apostol” xristian dini icmasının sədri — Svetlana Albertovna Stepanova;

“Həyat Sözü” Xristian dini icmasının sədri — Yusif Fərhadov;

“Həyat Sözü — 2” Sumqayıt xristian dini icmasının sədri — Elçin Paşayev;

Sumqayıt şəhəri, “Molokan ruhani-xristian” dini icmasının sədri — Matryona Ponomaryova;

“Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini icmasının sədri — Yusif Şərifov;

Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icmasının sədri — Tsapliva Yekaterina Nikolayevna;

Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri — Kasiaşvili İaqo Qriqoryeviç;

Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri — Timuri Barixaşvili;

İsmayıllı rayonu İvanovka kəndi “Molokan-ruhani-xristian” dini icmasının sədri — Sergey Vasilyeviç Kazakov.

https://oxu.az/politics/432858

Главы христианских религиозных общин Азербайджана выразили протест представленному Конгрессу США проекту резолюции

БАКУ /Trend/ — Главы христианских религиозных общин Азербайджана выразили решительный протест далекому от истины и ложно охарактеризованному проекту резолюции № 1165 в связи с Нагорным Карабахом, представленному первого октября 2020 года Конгрессу США членом Конгресса Джеки Спейером. В данной связи обращение было направлено госсекретарю США, президенту Сената, Послу по особым поручениям Госдепартамента США по вопросам международной свободы вероисповедания, спикеру Палаты представителей Конгресса США, главам партий демократов и республиканце Палаты представителей, членам Палаты представителей, Комиссии США по вопросам международной свободы вероисповедания, организации «В защиту христиан» (In Defense of Christians).

Как сообщили во вторник Trend в Государственном комитете по работе с религиозными структурами, в своем обращении конфессиональные лидеры заявили, что христиане на протяжении веков беспрепятственно осуществляли свое религиозное богослужение в Азербайджане, жили на основе своих моральных и культурных ценностей без каких-либо преград; общины и дома поклонений всегда были охвачены вниманием и заботой азербайджанского государства.

В обращении, акцентируя внимание на агрессии Армении против Азербайджана, было подчеркнуто, что армянские воинские подразделения оккупировали Нагорно-Карабахский регион Азербайджана и 7 прилегающих районов, в результате чего более одного миллиона азербайджанцев, включая христиан и приверженцев других религий, стали беженцами и вынужденными переселенцами. Было отмечено, что четыре резолюции Совета Безопасности ООН по конфликту требуют безоговорочного вывода вооруженных сил Армении с оккупированных азербайджанских земель. Армения не выполняет этого почти 30 лет, целенаправленно срывает переговоры, а наше государство проводит мирную политику и демонстрирует конструктивную позицию на переговорах.

Особое внимание было сосредоточено на том, что в ходе военной провокации, инициированной армянской стороной 27 сентября, регулярным артиллерийским и ракетным обстрелам подвергаются находящиеся далеко от зоны конфликта населенные пункты — Гянджа, Мингячевир, Нафталан, Хызы, Абшерон, Горанбой, Дашкесан, Тертер, Барда, Агдам, Агджабеди, Евлах, Физули и Бейлаган, в том числе, историко-религиозные памятники. Было отмечено, что в результате попадания баллистической ракеты по Гяндже, выпущенной с территории Армении 11 октября, погибли 10 гражданских лиц, включая четырех женщин, свыше 30 получили ранения, разрушены десятки гражданских объектов и жилых зданий. Данные действия Армении были расценены как нарушение норм и принципов международного права, в том числе международного гуманитарного права, включая Женевские конвенции от 1949 года. Было отмечено, что это представляет угрозу миру и безопасности в регионе.

Также было подчеркнуто, что на оккупированных территориях, наряду с другими религиозными объектами, были разрушены или арменизированы христианские храмы и памятники. В Азербайджане, напротив, продолжают жить свыше 30 тысяч армян, в центре Баку сохранена армянская церковь.

В конце обращения лидеры общин выразили уверенность в том, что проект резолюции № 1165 не будет принят, подчеркнув, что его отклонение будет во многом способствовать установлению мира и справедливости во всем мире.

(Текст: Турал Гараджаев Редактор: Наталья Кочнева)

https://www.trend.az/azerbaijan/karabakh/3320403.html

 




Copyright © | 2020 Албано-Удинская Христианская Община Азербайджана