Dini qurumlar Şəhidlər Xiyabanı və Həzi Aslanovun abidəsini ziyarət edib.

DSC_7341

    Mayın 9-u Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Faşizm üzərində qələbənin 68-ci ildönümü münasibəti ilə Azərbaycanda fəaliyyət göstərən müxtəlf dinlərə məxsus icmaların rəhbərləri və üzvləri Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət etmişlər. O cümlədən Şəhidlər xiyabanı ziyarət edilmiş “Əbədi məşəl” kompleksinin önünə əklil qoyulmuşdur. Dini icmaların nümayəndələri Şəhidlər xiyabanında Qarabağ döyüşləri uğrunda canlarını fəda etmiş şəhidlərin məzarlarını ziyarət etmiş, məzarları önünə tər güllər qoymuşlar.

Читать далееDini qurumlar Şəhidlər Xiyabanı və Həzi Aslanovun abidəsini ziyarət edib.

Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş “Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda konfransı keçirilmişdir

DSC_7245

   Bu gün Park İnn otelində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda konfransı keçirilmişdir. Dövlət Komitəsinin rəhbərliyi və dini qurumların nümayəndələri öncə Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, məzarı önünə əklil və tər gül dəstələri qoymuş, Ulu Öndərin ruhuna dualar oxumuşlar.

Читать далееÜmummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş “Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda konfransı keçirilmişdir