Bakı Dövlət Universitetinin Geologiya fakültəsində, 12 mart 2024-ci il tarixində növbəti elmi seminar keçirilmişdir. «Kompleks geoloji və geofiziki tədgigatlar» ETL-nın böyük elmi işçisi Robert Mobili «QARABAĞ ƏRAZİLƏRDƏ QƏDİM ALBAN ABİDƏLƏRİNİN SAXTALAŞMASINDA İNŞAAT VƏ BAĞLAYICILAR MATERİALLARİN ANALİTİK TƏDQİQİ» mövzusunda məruzə ilə çıxış etmişdir. Seminarda dekan dosent Mamoy Mansurov və fakültənin professor-müəllim və tələbə heyəti iştirak etmişdir.
Təqdim olunan mövzuda bildirildi ki, Qarabağın işğaldan azad olunmuş ərazisindəki bir sıra qədim Alban abidələrinin (Xudavənq monastr kompleksi və onun divarları, Laçın rayonundakı Ağoğlan xaçvari məbəd, Xocavənd rayonu ərazisindəki Tuğ və Hünərli kəndlərindəki tetragon formasında tikilmiş kilsələr və digərləri) hörgü materiallarının ilkin rentgenoqrafik və rentgen spektral tədqiqatlarının nəticələrinə görə hörgü materiallarının mineraloji tərkibi əsasən kalsitdən, kvarsdan, çöl şpatlarından və müxtəlif gillərdən ibarətdir. Qədim Alban abidələrinin innovativ mineroloji, petrografik, fiziki-kimyəvi üsullarla tədqiqi mədəni irsin öyrəniməsi, abidələrin bərpası və qorunması ilə yanaşı, bir sıra texnoloji məsələlər baxımından erməni vandalizminin nəticəsində saxtalaşmış abidələr üçün vacib əhəmiyyət kəsb edir.
Xüsusilə də müəyyən edilmişdir ki, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında Alban kilsələri, monastır kompleksləri və ibadətgahlar üçün hörgü məhlullarının hazırlanmasında əhəng tərkibli hörgü məhlulundan istifadə edilmişdir ki, bu da uzun müddət sərtləşmə nəticəsində kalsium karbonatına çevrilir. Oxşar əhəng tərkibli məhlullardan o dövrün sənətkarları Alban Apostol Kilsəsinin xristian irsinin zəngin təbəqələrində, o cümlədən Azərbaycanda orta əsrlərə aid digər qədim abidələrdə istifadə ediblər. Belə hörgü məhlullarının mineral tərkibi əsasən aqreqat kimi çölşpatlardan ibarətdir və az miqdarda gil minerallarından və kvars tərkibli kalsitdən istifadə olunub.
Bu üsulların əhəmiyyəti müqəddəs dini abidələrin qiymətləndirilməsində tarixçilər, arxeoloqlar, ilahiyətçilər və bərpaçılar arasında yayılmışdır. Alban abidələrinin hörgü məhlullarının yaşının müəyyən edilməsi və analizi bu tikililərin tarixinin öyrənilməsində əhəmiyyətli rol oynayacaqdır. Bu da tələsik nəticələr çıxarmağa imkan verməyəcək ki, və yanliş nəticələrin sayını kəskin şəkildə azaldacaq. Alban abidələrinin yaşının müəyyənləşdirilməsində və tədqiqində bu üsulların imkanlarının nə qədər geniş olduğunu başa düşmək üçün Qarabağın tarixi irsinə nəzər salmaq kifayətdir. Erməni millətçiləri və vandalları tərəfindən Qarabağın dini-mədəni irsi əsrlərlə dağıdılmış, erməniləşdırilmiş və saxtalaşdırılmışdır. Tarixi həqıqətlərin bərpası üçün bu usullardan geniş istifadə etmək vacibdir.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.