Bu gün Alban-Udi Xristian Dini İcmasının sədri, Bakı Dövlət Universitetinin böyük elmi işçisi, «Şöhrət» Ordenli Robert Mobilinin 70 yaşı tamam olur.


20 августа 2024 | Новости

QISA BİOQRAFİK MƏLUMAT
— 20 avqust 1954-ci ildə Qəbələ rauonun Nic kəndində anadan olub.
• 1971-ci ildə Nic kənd orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin 1980-ci ilin məzunu.
• 1973-1989-ci illərdə METDKİ-nin Cənub Filialında işləyib, Naxçıvanın sərbəst misin və polimetaal yataqlarının geoloji qiymətləndirilməsi, Kiçik Qafqazda, Türkmənistanda və Tacikistanda səpinti qızılın axtarışı və qiymətləndirilməsi üzrə elmi işi aparılmışdır.
• 1989-ci ildən hal hazıra kimi Bakı Dövlət Universitetinin «Kompleks geoloji və geofiziki tədqiqatlar» ETL-da böyük elmi işçi vəzifəsində çalışır.
• 120 — dən çox elmi əsərin müəllifidir.
• Azərbaycanda Alban kilsəsinin bərpasında (Kiş-2003; Nic /Cotari/-2006; Nic /Məryam Ana/-2020), elmi araşdırılmasında aktiv iştirak edib.2003-ci ildən indiyədək Alban-udi xristian dini icmasının sədridir.
• ABŞ-nın Texas ştatının Dallas ş. fəxri vətəndaşıdır (11/02/2008).
• Azərbaycan,udi və rus dillərini sərbəst, və ingilis dilini zəif bilir.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
— 1980 Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti)
— 2019 Kiyev İlahiyyat Seminariya-Akademiya
ƏMƏK FƏALİYYƏTİ
— 1973-1984-ci illər METDKİ-nin Azərbaycan kompleks tədqiqat şöbəsi — , texnik, böyük.texnik, texnik-geoloq, elmi işçi.
— 1984-1989-ci illər METDKİ-nin Cənub Filialı — baş geoloq, geoloq, geoloji- partiyanın rəisi.
— 1989-ci ildən Bakı Dövlət Universiteti elmi işçi; böyük elmi işçi; hal-hazıradək
MÜKAFATLAR
— 2014 «ŞÖHRƏT» ordeni – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 27 avgust 2014-cü il
— 2015 Azərbaycan Respublikası Prezidentinin “Fəxri Diplomu” – 16 noyabr 2015-ci il
— 2018 «Dədə Qorqud» Fondunun Dünyaya Sülh Naminə «VƏTƏN ÖVLADI» altun ordeni – 16 iyul 2018-ci il
— 2019 Azərbaycan Xalq Cümhuriyyətinin 100-illiyi (1918-2018) yubiley medalı 27 may 2019-cü il
— 2024 “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 02 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə.
ELMİ TƏDQİQAT SAHƏSİ
— Səpinti yataqlarının proqnozu, axtarışı və qiymətləndirilməsi. Kiçik Qafqazın qum və mis daşları formasiyasında sərbəst qızılın geoloji formalaşmasının öyrənilməsi
— Qafqaz Albaniyası dövrünə aid olan tarixi və dini abidələrin tikinti daş, və bağlayıcı materialların geoloqiyası və onun interpretasiysı. Alban Kilsələrinin, xüsusi ilə də Qarabağda mövcud olan çox sayda xristian dini irsinin ermənilər tərəfindən saxtalaşdırılmasının araşdırılması.
MONOGRAFİYALAR VƏ KİTABLAR
— 2008 «Научная и общественная деятельность». Книга. Изд-во «Адиль-оглы». Баку. 216 С. www.udi.az
— 2010 «Золотоносность колчеданных месторождений Локско-Агдамской металлогенической зоны Малого Кавказа». (соавтор Гусейнов Г.С.). Монография. Изд.-во Зардаби LTD. Баку, 280 С.
— 2010 «Удинско-азербайджанско-русский словарь». Монография. Изд-во «Ляман». Баку, 368C. www.udi.az
— 2011 УДИНЫ: ЯЗЫК, РЕЛИГИЯ И ФОЛЬКЛОР. Брошюра на русском и французском языках. Изд-во «Ляман». Баку, 2011. 80С.
— 2024 «IN AZERBAIJAN WE CONSIDER OURSELVES MEMBERS OF ONE FAMILY”. The journal is published by Read Line LLC. 2024,Tarixi Şəxsiyyətlər, Bakı ş., 160 səh.
GRANTLAR
— 2012 Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. Qrant: EİF-KETPL-2015-1(25). “Azərbaycanın tarix və mədəniyyət abidələrinin tikinti və bağlayıcı materiallarının fənlərarası innovativ üsullarla tədqiqi. ”Rəhbər: Çıraqov M.İ. Layihənin həmmüəllifləri: Əliyeva İ.N., Rəhimov K.Q., Mobili R.B., Şirinova A.F. (Bakı Dövlət Universiteti), 2012 (12 ay)
— 2017 Azərbaycan Respublikasının Prezidentiyanında Elmin İnkişafı Fondu.Qrant: EİF-KETPL-2-2015-1(25)-56/54/5-M-30. “Azərbaycan multikultural mühitinin tolerant modelində udilərin etno-konfessionalirsinin tarixi-etnoqrafik tədqiqatları”.Rəhbər: Paşayeva M.T. (Azərbaycan İqtisad Universiteti). Layihənin həmmüəllifləri: Mobili R.B. (BakıDövlətUniversiteti), Hacıyeva Ü.Ş. (Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu) 2017-2019, (24 ay).
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2004 Beynəlxalq konfrans Oslo, (Norveç); Sankt-Peterburq (Rusiya).
2006 Beynəlxalq Seminar, Dallas (Texas, ABŞ).
2008 Beynəlxalq Seminar. Qüds (İsrail).
2008 XXXIII Beynəlxalq Geologiya Konqresi. Oslo (Norveç).
2009 Beynəlxalq Seminar. Trondheim (Norveç).
2010 YUNESKO-nun 5-ci sessiyası. Nayrobi (Keniya).
2012 Böyük Britaniya Parlamentinə (Lordlar Palatası) hesabat. London (İngiltərə).
2013 Beynəlxalq Konfrans. Ştutqart (Almaniya).
2013 Beynəlxalq Konfrans. “İNSAN VƏ DİN”, Minsk.
2013 Beynəlxalq Konfrans. Simferopol-Sevastopol.
2013 Beynəlxalq Simpozium. Qədim əlyazmalar. Tbilisi, Gürcüstan).
2013 III Beynəlxalq Qafqazşünaslıq Konqresi. Tbilisi, Gürcüstan).
2013 Beynəlxalq Konfrans. London(İngiltərə).
2013 Beynəlxalq Konfrans. Dərbənd (Dağıstan, Rusiya).
2013 Beynəlxalq Konfrans, Avropa Parlamenti. Brüssel(Belçika).
2013 Beynəlxalq Konfrans. Minsk (Belarus Respublikası).
2014 Beynəlxalq Konfrans. Roma (İtaliya).
2014 Beynəlxalq Konfrans. Vladimir (Rusiya).
2014 Beynəlxalq Konfrans. Tbilisi (Gürcüstan).
2014 Beynəlxalq Konfrans. Yekaterinburq (Rusiya).
2014 Beynəlxalq Konfrans. Brüssel (Belçika)
2015 Udi icma liderlərinin beynəlxalq seminarı. Şaxtı (Rusiya);
2015 Beynəlxalq seminar və ziyarət. Mardin (Türkiyə);
2015 Beynəlxalq Konfrans. Dərbənd (Dağıstan, Rusiya);
2015 Beynəlxalq Konfrans. Roma (Vatikan, İtaliya);
2015 Beynəlxalq Konfrans. Kiyev (Ukrayna);
2015 Beynəlxalq Konfrans. Strasburq-Paris (Fransa);
2015 Beynəlxalq Konfrans. Rostov-na-Donu (Rusiya);
2016 Beynəlxalq seminar və ziyarət. Qüds (İsrail);
2016 Beynəlxalq Konfrans. Kaunas (Litva);
2016 Beynəlxalq Konfrans. Kiyev (Ukrayna);
2016 IV Beynəlxalq Qafqazşünaslıq Konqresi. Tbilisi(Gürcüstan);
2017 Beynəlxalq Konqres. Varşava (Polşa).
2021 Beynəlxalq Konqres “Qafqaz bizim ümumi evimizdir”. Rzeszow (Polşa)
2021 Beynəlxalq konfrans. Minsk
2021 G-20 Dinlərarası Forumu. Bolonya (İtaliya).
2022 V Beynəlxalq Qafqazşünaslıq Konqresi. Tbilisi(Gürcüstan);
2022 Beynəlxalq konfrans. Minsk.
2022 “Sülh naminə din münasibətləri və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransı Vyana (Avstriya).
2023 Beynəlxalq konfrans. Minsk.
2023 Beynəlxalq konfrans. Kazan.
2023 VI Beynəlxalq Qafqazşünaslıq Konqresi. Tbilisi.
2023 Beynəlxalq Konfrans. Leyk-Solt-Siti (Yuta, ABŞ).
2023 Beynəlxalq Konfrans. Düşənbə.
2023 Beynəlxalq konfrans. Vaşinqton.
2024 Beynəlxalq Konqres və foto-sərqi. Varşava (Polşa).
2024 Beynəlxalq konfrans. Minsk.
2024 Beynəlxalq konfrans. Sankt-Peterburq.

 

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2024