Çıxış edənlər vurğulayıblar ki, soyqırımlar yalnız bir xalqa qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdir. Ayrı-seçkilik, dözümsüzlük və nifrət ideologiyasının insanlığa qarşı yönəlmiş faciələrə yol açdığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq modeli və multikulturalizm ənənələri Holokost kimi bəşəri cinayətlərin qarşısının alınmasında mühüm mənəvi dayaq rolunu oynayır. Bu dəyərlər təkcə xalqımızın tarixi irsi deyil, eyni zamanda insanlığı gələcək faciələrdən qoruyacaq ən etibarlı yol kimi qiymətləndirilib.
