Romada “Harmoniya” sənədli filminin təqdimatı olub


29 сентября 2026 | Новости

entyabrın 28-də İtaliyanın paytaxtı Romada “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.

Mərasimdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmiləri, diplomatik korpusun və dini icmaların təmsilçiləri, din xadimləri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycanın zəngin dini-mədəni irsini və multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş olunub.

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2026