Nicdə yerləşən Allahın Əqdəs Validəsi («Bulun») kilsəsində Müqəddəs Məryəmin şərəfinə akafistlə müşayiət olunan dua mərasimi keçirilib.


19 октября 2026 | Новости

 

По благословению епископа Бакинского и Азербайджанского Алексия, для православной молодежи была организована паломническая поездка в селение Нидж. В ниджском храме Божией Матери «Булун» был совершен молебен с акафистом Божией Матери. Текст акафиста читался на церковно-славянском и азербайджанском языках. В поездке молодых людей сопровождали руководитель епархиального Молодежного отдела протоиерей Дионисий Свечников и клирик кафедрального собора святых Жен-Мироносиц г. Баку протодиакон Вадим Токарев.
В поездке молодые люди ознакомились с христианским и историческим наследием Габалинского района, посетили церкви селения Нидж, познакомились с представителями удинской народности, компактно проживающими в населенном пункте, посетили Габалинский историко-археологический заповедник и поднялись на гору Кильсядаг к остаткам древнего христианского храма.
Поездка была организована Паломническим отделом Бакинской епархии при поддержке благотворителей.
_________________________________________
Bakı və Azərbaycan yepiskopu Aleksinin xeyir-duası ilə pravoslav gənclər üçün Nic qəsəbəsinə ziyarət səfəri təşkil olunub. Nicdə yerləşən Allahın Əqdəs Validəsi («Bulun») kilsəsində Müqəddəs Məryəmin şərəfinə akafistlə müşayiət olunan dua mərasimi keçirilib. Akafist mətnləri kilsə slavyan və Azərbaycan dillərində oxunub. Səfər zamanı gəncləri Bakı Yeparxiyasının Gənclər şöbəsinin rəhbəri protoiyerey Dionisiy Sveçnikov və Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin ruhanisi protodiakon Vadim Tokarev müşayiət ediblər.
Səfər çərçivəsində gənclər Qəbələ rayonunun xristian və tarixi irsi ilə tanış olub, Nic qəsəbəsindəki kilsələri ziyarət edib, burada kompakt şəkildə yaşayan udi xalqının nümayəndələri ilə görüşüblər. Onlar həmçinin Qəbələ Tarix-Arxeologiya Qoruğunu ziyarət edib və qədim xristian məbədinin qalıqlarını görmək üçün Kilsədağ dağına qalxıblar.
Səfər xeyriyyəçilərin dəstəyi ilə Bakı Yeparxiyasının zəvvarlıq üzrə şöbəsi tərəfindən təşkil olunub
Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2026