«Ermənilər Qarabağdakı alban kilsələrini saxtalaşdırıblar» — Robert Mobili


15 ноября 2023 | Статьи

Bizim ətraf mühit müsəlman mühitidir. Onların içərisində bizlər, digər dini etiqad nümayəndələri mehriban formada yaşayır. Bu, tolerantlıqdır.

Trend xəbər verir ki, bunu Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən «Heydər Əliyev siyasəti: tolerantlıq» mövzusunda konfransda deyib.

«Biz bu birgəliyin 44 günlük Vətən Müharibəsi zamanı bir daha şahidi olduq», — o deyib.

«Ermənilər Qarabağdakı mədəni irsin guya erməni mədəni irsi olması, oradakı alban kilsəsinin erməni kilsəsi olmasını və Azərbaycanın onları zəbt eləməsini iddia edirlər. O mədəni irs alban mədəni irsidir. Bu, danılmaz faktdır. Oradakı məbədlər, mədəni irs, alban kilsələri saxtalaşdırılıb. Həmin abidələrdə vandalizm halları açıq-aşkar görünür», — R.Mobili əlavə edib.

«Mən inanıram ki, yaxın zamanda Qarabağda səhərlər azan səsi olacaq, günorta isə kilsənin səsi eşidiləcək. Bu Azərbaycanda yaşayan bütün millətlərin istəyidir, arzusudur», — o vurğulayıb.

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2024