Udi xalqının “Kala Axsibay” bayramı qeyd edilib

    Alban-Udi Xristian İcması, Qəbələ rayon icra hakimiyyəti və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Qəbələ rayonu Nic kəndi “Cotari” kilsəsinin ərazisində udi xalqının “Kala Axsibay” bayramını qeyd etmişlər.
170 il keçdikdən sonra udi xalqının qədim ənənəsi canlanmış və böyük bayramları yenidən təntənəli şəkildə keçirilmişdir. “Kala Axsibay” udi dilində böyük bayram deməkdir. 1836-cı ildə bir sıra səbəblərə görə, Alban kilsəsinin bağlanmasından sonra bu bayram rəsmi olaraq qeyd edilməmiş, udi xalqı kilsəyə getməyib, ibadətlərini evlərində etmişlər.
Azərbaycan xalqının tolerantlığı, müstəqil ölkəmizdə aparılan demokratik, iqtisadi islahatlar və inkişaf “Cotari” kilsəsinin bərpa olunmasına, udi xalqına ana dillərində ibadət etməyə şərait yaratmış, xalqın ənənə və bayramlarına yeni həyat vermişdir.

 

Раздел Az



Copyright © | 2021 Албано-Удинская Христианская Община Азербайджана