Tiflisdə qafqazşünasların beynəlxalq konfransı

   Tiflis şəhərində qafqazşünasların 3-cü beynəlxalq konfransı keçirilir. Tiflisdəki Çavçavadze Universitetində təşkil edilən tədbirdə Azərbaycanı Udin icmasının rəhbəri Robert Mobili, Milli Araşdırmalar Assosiasiyasının rəhbəri İdris Heydərli, tarix və digər akademiya institutlarının əməkdaşları təmsil edir.


Azərbaycan Nümayəndə heyətinin üzvü İdris Heydərli AzNews.az-a açıqlamasında bildirib ki, 3 gün keçiriləcək tədbirin əsas məqsədi Qafqaz xalqlarına qarşı müstəqil baxış formalaşdırmaq, rus elminin monopoliyasından çıxarmaq məqsədi ilə yeni tədqiqatlara stimul verməkdir: “Tədbirin əsas ideyası Qafqaz elminin Rusiya elmlər akademiyasının araşdırmalarından xilas etməkdir. Qafqazı Qafqaz xalqları özləri öyrənməlidirlər. Azərbaycan Qafqazın lider dövləti olmağa iddialıdır. Görünür, Gürcüstan da elm mərkəzi olaraq özünü təsdiqləmək istəyir”.

Ruhiyyə
AzNews.az

http://www.aznews.az/site/?c=news&id=40095




Copyright © | 2021 Албано-Удинская Христианская Община Азербайджана