Sentyabrın 11-12-də Tbilisidə “Cənubi Qafqazda din və etiqad azadlığı” mövzusunda beynəlxalq konfrans keçirilib. Niderland krallığının Xarici İşlər Nazirliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının ofisi və Azlıqların məsələləri üzrə Avropa Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi Cənubi Qafqazda vicdan azadlığı ilə bağlı mövcud vəziyyəti müzakirə etmək və dini icmalar arasında əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparmaqdan ibarət olub. Konfransda Azərbaycan, Gürcüstan və Ermənistandan müvafiq dövlət qurumlarının nümayəndələri və müxtəlif dini konfessiyaların təmsilçiləri iştirak ediblər.Konfransa Azərbaycandandan Prezident Administrasiyasının, Ombudsman aparatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də ölkədə fəaliyyət göstərən əksər dini konfessiyaların nümayənədərindən ibarət heyət qatılıb. Nümayəndə heyəti konfransdan öncə Ulu Öndər Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində olub.
Alban-Udi xristian dini icmasının sədri Robert Mobilinin çıxışında Azərbaycanda mövcud olan udilərin tarixinin qorunub mühafizə edildiyi, öyrənildiyi, dil, mədəniyyət, din, adət-ənənənin inkişaf etdirildiyi məbədlərin, kilsələrin və digər tarixi abidələrin bərpa edildiyi öz tarixi vətənlərində kompakt yaşadıqlarıQəbələ rayonunun Nic qəsəbəsi vahid və unikal yerdir olduğunu qeyd edib. Bu gün yerli əsas etnoslardan biri olan udilərin sosial-iqtisadi, mənəvi və mədəni inkişafına hərtərəfli yardım, kömək və dəstək Azərbaycan multikultural və tolerant mühiti modelinin parlaq nümunəsidir. Qafqaz Albaniyasının güclü və zəngin xristian irsinin hüquqi varisləri kimi Alban-udi xristian icması, bu gün onun yenidən canlandırılması, Alban apostol müstəqil kilsəsinin real hüquqi status-qvonun zəmin yaradılması yolundadırlar.