20 İYUL UDİLƏRİN MƏDƏNİYYƏT GÜNÜDÜR

20.07.2017 Выкл. Автор udi.az
20 İYUL UDİLƏRİN MƏDƏNİYYƏT GÜNÜDÜR

Qəbələ rayonunun Nic qəsəbəsində iyulun 20-də udilərin mədəniyyətinə-tarixi-etnoqrafiyasına, qədim dini ayinlərinə, folkloruna həsr edilmiş elmi kütləvi tədbir keçirilmişdir. Tədbirdə  tanınmış alimlər, tarix elmləri doktoru, AMEAnın müxbir üzvü, Fəridə Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” Kafedrasının professoru, tarix üzrə elmlər doktoru Məhəbbət Paşayeva, Rusiya Federasiyası Volqoqrad vilayəti udi icmasının sədri, professor Riçard Danakari, Alban-Udi Xristian diniicmasının sədri Robert Mobili, o cümlədən bir çox yerli və xarici qonaqlar iştirak ediblər. Tədbirdə cıxış edən alimlər Azərbaycanda multikulturalizm ənənələrindən, Azərbaycanın qədim dövləti Qafqaz Albaniyasının dini-etnik ənənələrini bu gün də yaşatmağa çalışan alban etnoslarının son canlı yadigarları olan udilərin bu gün Azərbaycan etnosoaial birliyindəki yeri, folklore, dili, etnoqrafiyasından bəhs etmişlər.