İyulun 12-də Prezident İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltif edilmiş din xadimlərinə medalların Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudilər dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete iştirak ediblər.