Xudavəng məbədində və Ağoğlan monastırında şəhidlərin ruhuna dualar oxunub


27 сентября 2021 | Новости

Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksində 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.

Anım Günü münasibətilə Alban-Udi xristian dini icmasının üzvlərinin, ictimaiyyət və media nümayəndələrinin Laçın rayonunda yerləşən Ağoğlan monastırına səfərləri təşkil edilib.
Ağoğlan monastırını ziyarət edən icma nümayəndələri burada dini ayinlər icra edib, Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxuyublar.
Alban-Udi xristian dini icmasının sədri Robert Mobili qeyd edib ki, dini icma olaraq bu, onların Ağoğlan məbədinə ikinci səfəridir. Amma bugünkü ziyarət xüsusi əhəmiyyətə malikdir. Çünki bu səfər ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin bir illiyinə təsadüf edir. “Alban-Udi xristian dini icması olaraq 27 sentyabr – Anım Günü ilə əlaqədar ibadətimizdə şəhidlərimizi yad etdik, şamlar yandırdıq, dualar oxuduq. Şəhidlərimizin ruhuna hörmət və ehtiramımızı bir daha ifadə etdik.


Copyright © | 2021

Албано-Удинская Христианская Община Азербайджана