Mayın 9-da Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi xristian dini icmasının nümayəndələri Pasxa bayramı münasibətilə Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.
İcma nümayəndələri məbəd kompleksə aid kilsədə dini ayinlər icra edib, bayram duaları oxuyub, şamlar yandırıblar.