Tədbirdə UNEC rektoru prof. Ədalət Muradov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Revan Hasanov, millət vəkilləri, dövlət və dini qurumların və icmaların sədrləri iştirak etdilər, kitab barədə dəyərli fikirlərini bildirdilər.
Tədbir hibrid formada təşkil olundu, Türkiyə, Kanada, Almaniya, İngiltərə, Niderland, Rusiya və digər ölkələrdən qonaqlar onlayn formada iştirak etdilər.
Bütün iştirakçılara dəvətimizi qəbul edib gəldikləri üçün təşəkkür edirik!
Tədbir zamanı Multikulturalizmə həsr olunmuş sərgi və Alban Abidələrinə həsr olunmuş videoçarx nümayiş olundu.
Kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə nəşr olunub.