İyunun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı, Azərbaycan Bəhailər Dini Mərkəzinin təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələri Qəbələ rayonu Nic qəsəbəsindəki Müqəddəs Yelisey, Müqəddəs Məryəm kilsələrini, Azərbaycan Udi Ocağını, Yalağaclı məhəllə Cümə Məscidini, eyni zamanda Oğuz rayon Yuxarı məhəllə sinaqoqunu ziyarət ediblər.
Qeyd edək ki, iyunun 18-də Oğuz rayonunda “Azərbaycançılıq: dini həmrəylik və birgəyaşayışın qarantı” mövzusunda konfrans
keçiriləcək.