Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda 1990-cı il yanvarın 20-də canından keçən şəhidlərimizin hüzn günüdür. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə ölkəmizdəki konfessiyaların rəhbərləri, din xadimləri Bakıdakı Şəhidlər Xiyabanını ziyarət ediblər.
20 Yanvar hadisəsi qurbanlarının məzarları ziyarət olunub, ruhları dərin ehtiramla yad edilib. Müxtəlif dinlərin ardıcılları dualar oxuyublar.