Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış «Ana fəryadı» abidəsini ziyarət ediblər.
Din xadimləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciə qurbanlarının abidəsinin önünə tər çiçəklər düzüblər, faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək onların ruhları üçün dualar ediblər.