Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Ermənistanın işğalından azad edilən Suqovuşan qəsəbəsində və Talış kəndində səfərdə olublar. Səfər Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşıb.
Dini konfessiyaların nümayəndələri Pasxa bayramı münasibətilə Suqovuşan qəsəbəsindəki və Talış kəndindəki Alban məbədlərini ziyarət ediblər. Dini ayinlər icra olunub, bayram duaları oxunub.