Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub


18 июня 2024 | Новости

İyunun 18-də Azərbaycanda səfərdə olan Almaniyanın Süryani Ortodoks Kilsəsinin Nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. Nümayəndə heyətinin tərkibinə Almaniyadakı Suriya Pravoslav Kilsəsinin Ekumenik Məsələlər üzrə Arxiyepiskopu Julius Hanna Aydın, Süryani Ortodoks Mor Yaqub Dasruq Kilsəsinin Arxidyakonu Abuna Murat Üzel, Fray Universitetinin əməkdaşı Susi Üzel, Süryani icmasının və Süryani kilsənin 12 nəfərlik idarə heyətinin sədri Andreas Çelik daxildir.
BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Azərbaycandakı multikultural və tolerant mühit, dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda geniş məlumat verib. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. Ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıb. Ölkəmizdəki milli və dini icmalarla iş, hazırlanan nəşrlər haqda ətraflı məlumat verib.
Görüş üçün minnətdarlığını bildirən Mor Julius Hanna Aydın Almaniyadakı süryani icmasına dair məlumat verib. O eyni zamanda, müasir dünyada multikulturalizmin rolu və əhəmiyyətindən danışıb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin mühüm olduğunu vurğulayıb.
Görüşdə gələcək əməkdaşlıq müzakirə olunub.
Qeyd edək ki, nümayəndə heyəti səfər çərçivəsində Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşəcək, kilsələri ziyarət edəcək.

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2024