Azərbaycanda fəaliyyət qöstərən Alban-udi xristian dini icmasının sədr müavini Rafik Danakari qonaqları səmimi qarşılayaraq, Azərbaycanda Alban-udi xristian dini icmasının həyatı, Müqəddəs Məryəm Ana kilsəsinin tarixi, Roma Papalarının Azərbaycana səfərləri, Azərbaycan dövlətinin Alban kilsələrinə diqqəti və ölkədə dinlərarası münasibətlərin yüksək səviyyəsi haqda ətraflı məlumat verdi.
Qonaqlar ölkədə Alban-udi xristian dini icması üçün yaradılan şəraitdən dərin məmnunluğunu bildiriblər.