Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına Cotari kilsəsini, “Azərbaycan Udi Ocağı” tarixi etnoqrafik park muzeyini və Müqəddəs Məryəm Ana Alban kilsəsini ziyarət edib.


13 августа 2024 | Новости

Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına Cotari kilsəsini, “Azərbaycan Udi Ocağı” tarixi etnoqrafik park muzeyini və Müqəddəs Məryəm Ana Alban kilsəsini ziyarət edib.

Komitə sədri görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin ən uğurlu modellərindən birinin yaradıldığını qeyd edib. Vurğulayıb ki, tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu siyasətin reallaşdırılmasında Heydər Əliyev Fondu da fəal iştirak edir.

Görüş zamanı Alban-Udi xristian dini icmasının sədri Robert Mobili udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsində tarixi-dini abidələrin qorunub saxlanılmasına dövlət tərəfindən xüsusi diqqət göstərildiyini qeyd edib. O, dini icmanın maarifçilik, eləcə də Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin təbliği istiqamətində həyata keçirdiyi layihələr haqqında məlumat verib. Ölkəmizdə bütün dini icmaların fəaliyyətinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bildirib.

Görüşdə ölkəmizdəki mövcud birgəyaşayış, qarşılıqlı anlaşma, dözümlülük mühitinin qorunub saxlanılması və təşviqi istiqamətində dini konfessiyaların birgə əməkdaşlığının vacibliyi vurğulanıb. Gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan ideya və təkliflərlə bağlı müzakirə aparılıb.

https://scara.gov.az/az/xeber/ictimaiyyetle-elaqeler/xeberler/ramin-memmedov-nic-qesebesindeki-alban-kilselerinde-ve-azerbaycan-udi-ocaginda-olub?fbclid=IwY2xjawF-MhtleHRuA2FlbQIxMAABHRB9jCO_yphFK7JxPAk7lshxL4pK-czbERk_RVOEoNlSahmjhyZ1CQajsQ_aem_zAphxyddznlOxWKUTzDJcQ#prettyPhoto

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2025