Dəyirmi masada ADU-nun Multikulturalizm mərkəzinin müdiri Loğman Rəşidzadə, Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva, BBMM-nin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Azərbaycanda yaşayan Axısxa Türkləri «Vətən» İctimai Birliyinin sədr müavini Yusif Səfərov və “Buduq” Xeyriyyə Cəmiyyətinin sədri Rafiq Abdullayev çıxış ediblər. Çıxışlarda Azərbaycanın etno-mədəni müxtəlifliyindən, burada yaşayan azsaylı xalqların etnoqrafik özəlliklərindən bəhs olunub. Vurğulanıb ki, Azərbaycanda dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabərhüquqludurlar.
Dəyirmi masada mövzu ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.