Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Yaşıl dünya naminə həmrəylik və etno-mədəni müxtəliflik” mövzusunda dəyirmi masa təşkil olunub.


10 октября 2024 | Новости

Dəyirmi masanın moderatoru Azərbaycan Dillər Universitetinin Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə bildirib ki, BMT-nin İqlim Dəyişmələri Konfransı — COP29 iqlim dəyişikliyi ilə mübarizədə dünya ölkələrinin bir araya gəldiyi ən önəmli platformalardan biridir. COP29-da məqsəd, Paris İqlim Sazişi çərçivəsində təyin olunmuş hədəflərin icrasını müzakirə etmək, iqlim siyasətini gücləndirmək, müvafiq maliyyə və texnologiya dəstəyini təmin etməkdir. Belə konfranslar ölkələr arasında əməkdaşlığı artırmaq, yeni iqlim tədbirləri və strategiyaları hazırlamaq üçün imkan yaradır. COP29-da ekoloji ədalət, etno-mədəni müxtəliflik, enerji keçidi və dayanıqlı inkişaf kimi məsələlər də müzakirə olunur.

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2024