AZƏRBAYCANIN GƏNC KATOLİKLƏRİ ÖLKƏNİN QƏDİM XRİSTİAN KİLSƏLƏRİNİ ZİYARƏT EDİBLƏR


26 января 2025 | Новости

Yanvarın 25-27-də Bakı şəhəri Əqdəs Bakirə Məryəm prixodunun gənclərindən ibarət bir qrup Azərbaycanın şimal-qərb bölgəsində yerləşən qədim xristian kilsələrini və ocaqlarını ziyarət edib. Keşiş ata Vladimir Baksa-nın (SDB) və rahibələr Slavka və Yelena bacılarının (FMA) müşaiyəti ilə gənc zəvvarlar ölkənin qədim xristian kilsələri və ziyarətgahlarının qorunub saxlanıldığı Şəki, Kiş, Oğuz və Qax kimi tarixi və mənzərəli yerlərində olublar.
Müqəddəs Məryəm kilsəinin imanlısı və zəvvar səfərinin iştirakçısı Marqarita Remnivtseva səfər təəssüratlarını bölüşüb:
“Hər dayanacaq xüsusi ab-hava ilə dolu idi: qədim memarlığı ilə məşhur olan Kişdəki əzəmətli kilsə zəvvarların ümumi dua üçün toplaşdığı yerə çevrildi. Qaxda qədim məbədlərin gözəlliyinə heyran olaraq biz mənəvi irsə toxunduq. Oğuz və Qaxın gizli kilsələri bizə hüzur və mənəvi yaxınlıq hissi bəxş etdilər. Ümumi duada birləşərək biz bu yerlərdə əsrlər boyu qorunub saxlanılan imanın və ənənələrin gücünü hiss etdik. Ziyarət bizim üçün təkcə ölkəmizin mədəniyyəti və tarixi haqqında daha çox öyrənmək deyil, həm də mənəvi dəyərlərimizi möhkəmləndirmək üçün bir fürsət oldu”.

 

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2025