Nic qəsəbəsində Pasxa bayramı qeyd edilmişdir


20 апреля 2025 | Новости

20 aprel 2025-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsindəki «Cotari» alban-udi pravoslav kilsəsində Pasxa bayramı qeyd edilmişdir. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Alban-Udi Xristianları İcmasının rəhbərliyi, icmanın üzvləri və qəsəbə sakinləri iştirak etmişdir. Alban-Udi Xristianları İcmasının sədri Robert Mobili çıxışında 200 ildən sonra müqəddəs Qüds şəhərindən “Müqəddəs Alov”un Cotari kilsəsinə gətirilməsinin qəsəbə sakinləri tərəfindən böyük sevincə səbəb olduğunu diqqətə çatdıraraq, xalqımıza xas zəngin tolerantlıq ənənələrinin, multikultural dəyərlərin təbliği və təşviqinin ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, rayonumuzda yaşayan müxtəlif dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşadığını qeyd etmiş və azsaylı xalqlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. Sonda bayram münasibətilə şamlar yandırılmış, dualar oxunmuşdur.

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2025