Bu gün Alban Udi Xristian dini Icması Beynəlxalq Bibliya Gününün 10 illik yubiley tədbirində iştirak edib.
Görüşdə Azərbaycan Bibliya Cəmiyyəti, ölkəmizdə fəaliyyət göstərən kilsələrin nümayəndələri və bu sahə üzrə əməkdaşlıq edən dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Tədbir Bibliyanın ölkəmizdə tanıdılması, müqəddəs yazıların təbliği və xristian icmaları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
