Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey (“Cotari”) kilsədə Milad bayramı münasibətilə tədbir keçirilmişdir


7 января 2026 | Новости

Qəsəbədə fəaliyyət göstərən “Cotari” alban kilsəsində təşkil edilmiş mərasimdə Alban-Udi icmasının üzvləri ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri və diqər çoxlu qonaqlar iştirak etmişlər. Bayram mərasimdə Azərbaycan Respublikası Alban-Udi Xristian İcmasının sədri Robert Mobili icmanın ünvanına gələn bütün təbrikləri çatdırıb, sonra çıxış edən kilsənin din xadimi Rafik Danakari və icmanın üzvləri Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışmış, bayram münasibətilə təbriklər səsləndirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya Nic qəsəbəsinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər. Nic qəs. 07.01.2026-cı ıl

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2026