Yanvarın 27-də Tolerantlıq Evində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və İsrail Dövlətinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə ölkəmizdə akkreditə olunmuş səfirliklərin nümayəndələri, millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri, müxtəlif dini və etnik icmaların rəhbərləri və üzvləri iştirak ediblər.


27 января 2026 | Новости

Çıxış edənlər vurğulayıblar ki, soyqırımlar yalnız bir xalqa qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdir. Ayrı-seçkilik, dözümsüzlük və nifrət ideologiyasının insanlığa qarşı yönəlmiş faciələrə yol açdığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq modeli və multikulturalizm ənənələri Holokost kimi bəşəri cinayətlərin qarşısının alınmasında mühüm mənəvi dayaq rolunu oynayır. Bu dəyərlər təkcə xalqımızın tarixi irsi deyil, eyni zamanda insanlığı gələcək faciələrdən qoruyacaq ən etibarlı yol kimi qiymətləndirilib.

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2026