VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu


28 октября 2026 | Новости

Dialoq Forumu çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə yol xəritəsi” adlı plenar sessiya işini interaktiv müzakirələrdən sonra yekunlaşdırıb.
Müzakirədə Avropa Şurası Baş katibinin antisemitizm, müsəlmanlara qarşı nifrət və dini dözümsüzlüyün bütün formaları ilə mübarizə üzrə xüsusi nümayəndəsi İren Kitsu-Milonas, İsveçin dinlərarası və mədəniyyətlərarası dialoq üzrə xüsusi elçisi Kristian Kamill, “Buddhist Tzu Chi” Xeyriyyə Fondunun beynəlxalq əlaqələr üzrə baş direktoru Debra Budroks, İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin On İki Həvarilər Kvorumunun üzvü Qari E. Stivenson, İslam Ölkələri Ravvinlər Alyansının sədri və Türkiyə Aşkenaz yəhudilərinin baş ravvini Mendel Çitrik, Ümumdünya Fətva Evlərinin baş katibi İbrahim Nəcm, Beynəlxalq Bəhai İcmasının baş katibi Devid Rutşteyn fikir mübadiləsi aparıblar.
Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2026